Modern.az

“Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir  

“Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir  

1 Avqust 2021, 09:28

“Tezliklə yanğından təsirlənən bölgələrdə bərpa işlərinə başlayacağıq. Kənd evlərini tövləsi, köməkçi tikililəri və anbarı ilə birgə yenidən quracağıq”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum deyib.

 

"Dövlətimizin bütün imkanları ilə, 257 nəfərlik komandamızla, mobil laboratoriyalarımızla dəymiş ziyanın qiymətləndirilməsini aparırıq", - deyə nazir qeyd edib.

 

Murad Kurum bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?