Modern.az

Yoluxma sayı 530 mindən çox artdı

Yoluxma sayı 530 mindən çox artdı

1 Avqust 2021, 09:47

Dünyada koronavirusa yoluxanların sayı 530 mindən çox artıb.

 

Modern.az Worldometers-ə istinadən xəbər verir ki, ötən sutka ərzində 530 min 872 nəfər koronavirusa yoluxub, 8772 nəfər isə dünyasını dəyişib.

 

Bununla da virusa yoluxanların ümumi sayı 198 milyon 503 min 352, ölənlər isə 4 milyon 232 min 291 nəfərə çatıb.

 

İndiyədək ən çox yoluxma halı ABŞ (35,7 milyon), Hindistan (31,6 milyon), Braziliya (19,9 milyon), Rusiya (6,2 milyon), Fransa (6,1 milyon), Böyük Britaniya (5,8 milyon) və Türkiyədə (5,7 milyon) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub