Arxiv
1 Avqust 2021, 12:14 | PARLAMENT
Jirinovskinin düşüncə kasadlığı və psixolojik vəziyyəti...

Ermənilər yenə ampulalarında, dinc dayanmır, təxribatlar törədir, müxtəlif yollarla, vasitələrlə ayrı-ayrı ölkələrin siyasətbazlarını ələ alır, onları ölkəmizin ünvanına olmazın hədyanlar yağdırmağa sövq edirlər. İndi isə normal ağıl və düşüncədən məhrum olan, siyasətin əxlaqi dəyərlərini ayaqlar altına salmaqdan çəkinməyən Jirinovski kimi bir təlxəki ortalığa atıblar. O da ağına-bozuna baxmayaraq, uzun illərdir ki, püskürdüyü böhtan və yalanı indi növbəti dəfə Azərbaycana yönəldir. Amma burada o da bəllidir ki, artıq nəinki ölkəsi Rusiyada, eləcə də bütün dünyada bu adamı heç kim ciddiyə almır, heç kim ona baş qoşmur. Hamı-istər siyasətçi olsun, istərsə də sıravi vətəndaş, yaxşı bilir ki, Jirinovski daim çalınan musiqiyə oynayır. Əvvəllər olduğu kimi budəfəki rəqsini də erməni lobbisinin maliyyəsi ilə gerçəkləşdirməsi sirr deyil. Eyni zamanda, öz cılız hərəkətləri ilə cizgi filminin qəhrəmanlarını xatırladan bu sərsəm siyasətbaz, həm də yaxşı bilir ki, onun Azərbaycana atdığı çamur- ölkəmiz və cəmiyyətimiz haqqında əxlaqa sığmayan böhtan və yalanlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirməsi son anda Bakı xəzrisinin gücü ilə öz üzərinə çırpılır. Amma ənam, pay müqabilində hər cür çirkaba bulaşmasını, yaydığı üfunətlə ətrafındakılarda şəxsinə yönələn nifrət hissini də vecinə almır. Çünki uzun illərdir ki, həm özü, həm də idarəçiləri bu rəzalətə alışıblar.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

 

Rəşad Mahmudovun sözlərinə görə, Jirinovskinin xarakterinə, tərbiyəsinə, əxlaqına uyğun olaraq Azərbaycana hədə-qorxu gəlməsi, ayrı-ayrı şəxsləri təhqir etməsi, sərsəmləməsi ilk dəfə deyil. Neçə il bundan əvvəl də ermənilərin havasına oynaması yaddan çıxmayıb. O zaman ənamım gücü onu necə çaşdırmışdı ki, hətta əzəli, əbədi torpağımız Qarabağı Rusiyaya birləşdirmək, Azərbaycanı isə Rusiyanın quberniyasına çevirmək iddiasını səsləndirməkdən belə çəkinməmişdi.

 

Bax, belə yerdə ağılsız köpəklərin ulduza hürməsi deyimini xatırlamamaq mümkün deyil.
İstər erməni lobbisi, istərsə də adı çəkilən təlxək yaxşı bilirlər ki, ünvanımıza yağdırılan böhtan və şantajlar suda boğulanın saman çöpündən yapışmasından, milçək gücündə olan bir həşaratın könül bulandırmasından başqa bir şey deyil. Bəli, Jirinovskinin özü də, onu meymun yerinə oynadanlar da dərindən anlayırlar ki, əxlaqsız fikir yürütməklə, böhtan, şər-şəmətə atmaqla Azərbaycan-Rusiya münasibətlərini korlaya, uğurlu əməkdaşlıqda hansısa bir çat yarada bilməyəcəklər. Çünki Rusiya siyasətində Jirinovskini də, onu axmaq yerinə qoyub rəqs etdirənləri də yaxşı tanıyırlar.

 

Rəşad Mahmudov daha sonra deyib: “Jirinovskinin təlxəkliyindən, hoqqabazlığından daha çox məni bir sual düşündürür: İllərdir ki, müəyyən maraqlı qrupların əlində alətə çevrilən, dövlətlərarası münasibətlərə zərbə vurmaq üçün istifadə edilən bu hoqqabazın, demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanan bu sərsəm düşüncəli təlxəyin cilovu niyə çəkilmir, ona bu həddə həyasızlıq etməyə niyə, hansı səbəbə görə imkan yaradılır? Rusiya dövlətçiliyinin bu həssas, taleyüklü məqamında, özü də bu ölkədə siyasi islahatların uğurla gerçəkləşdirildiyi, iqtidar-müxalifət dialoqunun diqqət mərkəzində saxlanıldığı bir şəraitdə, yeni siyasi konfiqurasiyanın bərqərar olduğu bir mühitdə bunu reallaşdırmağın, bu şantajistin siyasi dəllallığına son qoulmağın vaxtı çatmayıbmı?”.

 

Jirinovski ilə bağlı bir fikrimi də diqqətə çatdırmaq istərdim. Bir həkim kimi düşünürəm ki, bu şəxs çox güman ki, uşaq yaşlarında ciddi travma alıb, bu səbəbdən də o vaxtdan fikir və düşüncəsində, həyata baxışında anormallıq özünü büruzə verir. Əlbəttə, daim nəzərə çarpan bu çatışmazlığın həmin zədədən qaynaqlandığını özündən savayı bir kimsə etiraf edə bilməz. Bax, onun təkcə Azərbaycana deyil, bütün dünyaya püskürdüyü bu kin-küdurətin, qisasın əsasında həmin travmadan irəli gələn düşüncə kasadlığı dayanır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?