Modern.az

Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb

Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb

1 Avqust 2021, 13:25

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda iki yanğın nəzarət altına alınıb. Beləliklə, son dörd gündə Mersin vilayətində söndürülən yanğınların sayı səkkizə çatıb. Antalyanın Qazipaşa və Muğlanın Bodrum rayonlarında baş verən yanğınlar da nəzarət altına alınıb.

 

Hazırda soyutma işləri davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli sosial media hesabındakı paylaşımında bildirib.

 

İyulun 29-u səhər saatlarından başlayaraq Silifke rayonunda meydana gələn meşə yanğını bölgədə əsən güclü külək nəticəsində digər bölgələrə də yayılıb və təsirini bütün gecə davam etdirib. Alov müxtəlif məntəqələrə yayıldığı üçün bölgəyə əlavə qruplar cəlb olunub. Gecə ərzində davam edən söndürmə işləri gərgin səylərdən sonra nəticə verib və yanğınlar nəzarət altına alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır