Modern.az

Azərbaycanda benzin BAHALAŞDI

Azərbaycanda benzin BAHALAŞDI

3 Avqust 2021, 12:19

Avqustun 1-dən “Aİ-98” super markalı benzinin qiyməti də artırılıb.

 

Bunu Modern.az-a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

 

SOCAR rəsmisinin sözlərinə görə, buna səbəb qeyd olunan yanacağın idxal dəyərinin artmasıdır:

 

““Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Artıq ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artırılaraq, 1 manat 60 qəpik olub”

 

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir