Arxiv
4 Avqust 2021, 13:49 | AKTUAL
Karantin toyları: Gənclərin arzusu, yoxsa pul hərisliyi?

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqəli sosial izolyasiya tədbirləri həyata keçirildi. Ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün tətbiq edilən qadağalardan biri toy və digər şənliklərlə bağlı idi. Bu səbəbdən xeyli gənc toy məhdudiyyətlərinin ləğvini səbirsizliklə gözləməli oldu, lakin ailə içində məclislər quraraq evlənənlər də az deyildi.  

 

Nəhayət, ölkədə yoluxma sayının nisbətən azalması karantin rejiminin yumşaldılması ilə nəticələndi. Bununla da toy etmək arzusu ilə yaşayanların yolu açıldı. Belə ki, uzun müddətdən sonra - 1 iyuldan etibarən toy məclislərinə qoyulan qadağa müəyyən şərtlər əsasında aradan qaldırıldı və yenidən "Vağzalı" sədaları eşidilməyə başlandı.

 

Artıq insanlar toy şənliklərini müəyyən edilmiş karantin qaydaları çərçivəsində keçirə bilirlər. Burada diqqətçəkən məqam karantinin sərt dövrlərində nikaha girmiş cütlüklərin indi toy məclisi qurmasıdır. 

 

Qəribə görünsə də, hətta indi toy edən bəzi şəxslərin övladları belə dünyaya gəlib. 

 

Maraqlıdır, toyların keçirilməsinə uzun müddət qoyulan məhdudiyyət Azərbaycanda köhnə toy adət-ənənələrə son qoya bildimi? Bəs bu, məsələnin sosioloji və psixoloji səbəbi nədir?

 

 

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a bildirib ki, belə məqamda toy etməyin iki səbəbi var:

 

“Bu məsələdə birinci maraq həmin insanların pul yığmaq məqsədidir. Bu cür insanlar düşünürlər ki, pandemiyadan öncə toya gedib pul salıblar, amma indi pul yığa bilmirlər. Ona görə qapanmalar dövründə nikah edib, indi isə toy edirlər.

 

İkinci məqam isə gənclərin toy istəyidir. Çünki hər bir gəncin toy etmək arzusudur. Amma bu o demək deyil ki, rüşvət yolu ilə 300 nəfərlik toy edəsən. Əgər həqiqətən əsas məqsəd o təntənəni qeyd etmək və arzusunda olduğu toyu keçirməkdisə, karantin qaydalarına uyğun olaraq edə bilərlər”.

 

 

Bu məsələdə şadlıq saraylarının marağı önə keçir...

 

“Burada günah bir tərəfdən valideyinlərin özlərindədir. Qapanmalar zamanı uzun müddət toyların keçirilməsinə qadağa qoyuldu. Bundan sonra mütəxəssislər, ziyalılar təklif etdi ki, köhnə toy adət-ənənəsinə qayıtmağa qoymayaq. Amma bu işdə maraqlı olan adamlar yenə köhnə toy modelini işə saldılar. Burada çox dözülməz mənəvi problemlər var. Yenə də şadlıq saraylarının marağı önə keçdi. Artıq nikahda olan adamların toy etməyi əhalinin maddiyatçılıq, tamahkarlıq tərəfini xarakterizə edir”.

 

 

Psixoloq Elnur Rüstəmov isə qeyd edib ki, biz yeni dövrün tələblərinə uyğun toyların keçirilməsini istəyiriksə, bu birdən-birə olmayacaq:

 

“Ümumiyyətlə, hər bir insanın toy etmək arzusu var. Elə insanlar var ki, pandemiyada zərurətdən nikah edib, bir yerə gəliblər. İndi də toya icazə veriblər deyə toy edirlər. Burada qəbahətli məsələ yoxdur. İnsan toy edib, tədbir keçirmək istəyir. Sadəcə əsas məsələ toyların qaydalara uyğun keçirilməsidir.

 

Əgər biz yeni dövrün tələblərinə uyğun toyların keçirilməsini istəyiriksə, bu birdən-birə olmayacaq. Buna zaman, adeptasiya dövrü lazımdır. Bir müddət sonra toy geniştərkibli olmayacaq, daha çox yaxın adamlardan ibarət keçiriləcək”.

 

 

Hacı İbrahim Quliyevin sözlərinə görə, nihakdan bir müddət sonra toy etmək olar, burada dini baxımdan problem yoxdur.

 

“Hər bir xalqın özünə məxsus toy-düyün mərasimləri olduğu kimi, xalqımızın da qədimdən bəri formalaşdırdığı toy-nişan adətləri var. Biz həm də müsəlman olduğumuz üçün bəzi mərasim və ayinlərin dinimizlə birbaşa əlaqəsinin olduğunu görürük.

 

Son iki ildə dünyanı bürümüş COVID-19 pandemiyası təkcə dünya iqtisadi sisteminə deyil, eyni zamanda xalqların adət-ənənəsinə, mərasimlərinə də ciddi təsir göstərib. Bildiyimiz kimi, karantin dövründə digər ölkələrdə olduğu kimi, bizdə də kütləvi toplaşmalar, yas və toy mərasimlərini qeyd etmək mümkün olmamışdır. Belə olduğu halda insanlar öz qədim mərasimlərini (toy-nişan, yas və s.) bəzən ənənəvi şəkildə deyil, fərqli şəkildə həyata keçirirlər. O cümlədən toy mərasimini.

 

Karantin vaxtı vətəndaşlarımızın bir hissəsinin həm rəsmi, həm də dini nikah bağladığını gördük. Ancaq karantin müddəti bitdikdən sonra yaxın dostlar və qohumları bir araya toplayaraq toy mərasimi keçirirlər. Belə olduğu halda burada dini baxımdan heç bir qəbahət görülmür. Çünki şəriətə görə dini nigah oxunduqdan sonra artıq ər-arvad münasibətləri qurulmuş olur”.

 

Fidan İlqar 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?