Arxiv
4 Avqust 2021, 19:51 | AKTUAL
Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu

Ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. Əksər hallarda zorakılıq qurbanları mövcud hüquq müdafiə imkanlarından yararlanmadan ailənin bütövlüyünü qorumaq, ictimai qınağa məruz qalmamaq üçün öz həyatlarını təhlükəyə atırlar.

 

2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılmış, çoxsaylı maarifləndirici layihələr həyata keçirilmiş, həmçinin Milli Fəaliyyət Planı təsdiq edilmişdir.

 

Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaratmışdır. Dövlət Komitəsi və tabeçiliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.

 

Bir neçə illərin təcrübəsi göstərdi ki, zorakılıq hallarında tərəflərin barışdırılması heç də həmişə müsbət nəticə vermir və bir sıra hallarda cinayətlə nəticələnir. Halbuki barışdırmaqdan öncə ailədə zorakılığın təkrarlanma riskinin qiymətləndirilməsi və hər bir ailəyə fərdi və həssas yanaşma vacibdir. Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.

 

Dövlət Komitəsinin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.

 

Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir. 2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hazırda bu istiqamətdə təkliflər hazırlanaraq, razılaşdırılması üçün cavabdeh dövlət orqanlarına göndərilmişdir.

 

3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilmişdir. Bu hadisə digər məişət zəminində baş vermiş cinayət hadisələri kimi ölkə ictimaiyyətini dərindən sarsıtmışdır.

 

3-4 avqust 2021-ci il tarixlərində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, eyni zamanda Bakı şəhəri Xəzər və Pirallahı rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri tərəfindən hadisə baş vermiş ünvana və uşaqların hazırda olduğu ailəyə səfər edilmiş və onların psixo-emosional vəziyyətləri qiymətləndirilmişdir. Hər iki uşağın psixoloji dəstək xidmətinə və Pirallahı rayonunda yerləşən "Bulaq” körpələr evi-uşaq bağçasına cəlb edilməsi nəzərdə tutulmuşdur. Uşaqların vəziyyətinin yoxlanılması üçün mütəmadi olaraq Dövlət Komitəsi tərəfindən öz səlahiyyətləri çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti ilə birlikdə monitorinqlər keçiriləcəkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?