Modern.az

Bərdədə karantinin pozulduğu toylar aşkarlandı

Bərdədə karantinin pozulduğu toylar aşkarlandı

5 Avqust 2021, 09:24

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Yeni Əyricə, Nazırlı, Zümürxan, Lək, Qaradəmirçi və Hüseynbəyli kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

 

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?