Modern.az

Bakıda tikinti sahəsində ağaclar məhv edilib  

Bakıda tikinti sahəsində ağaclar məhv edilib  

5 Avqust 2021, 14:38

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

 

Modern.az-ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə 2 ağacın götürülərək məhv edildiyi müəyyən olunub:

 

“Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi