Arxiv
10 Avqust 2021, 20:06 | DİASPOR
Azərbaycan və İsrail diasporları arasında müzakirələr aparıldı

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın rəhbərlik etdiyi yəhudi əsilli jurnalistlərdən ibarət nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə qurumun rəhbəri Fuad Muradov bildirib ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib.

 

Azərbaycanla İsrail arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğu, yəhudi əsilli Azərbaycan vətəndaşlarının həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şücaət və qəhrəmanlıq göstərdiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Komitə sədri vurğulayıb ki, tarixi Zəfərdən sonra xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən insanların işğaldan azad edilmiş torpaqlarımıza təşkil olunan səfərləri Azərbaycanın haqq səsinin, həmçinin ermənilərin törətdikləri vandalizm aktlarının miqyasının dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.

 

Görüşdə Ermənistanın işğalçılıq siyasəti ilə kifayətlənmədiyi, torpaqlarımızda ekoloji terror törətdiyi qonaqların diqqətinə çatdırılıb, xarici media nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara səfərlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

 

Qonaqlar Dövlət Komitəsinin sədrinə təşəkkür edərək Azərbaycanda olduqları üçün məmnunluq hissi keçirdiklərini, gələcəkdə də komitə ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.

 

Sonra Azərbaycan və İsrail diasporunun fəaliyyəti, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

 

Sonda qonaqlara sertifikat və hədiyyələr təqdim olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsini təklif edib 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədilər 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54 Üçtərəfli komissiyanın dördüncü üzvü... – Eks-nazir AÇIQLADI 20 Oktyabr 2021, 10:53 Əli Nağıyev itkinlər məsələsini "Qırmızı Xaç"ın rəsmisi ilə müzakirə etdi 20 Oktyabr 2021, 10:49