Modern.az

Güclü küləyin aşırdığı ağaclar yolu bağladı - FOTOLAR

Güclü küləyin aşırdığı ağaclar yolu bağladı - FOTOLAR

Hadisə

11 Avqust 2021, 10:19

Bu gün səhər saatlarında şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

 
 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

AAYDA rəsmisi bildirib ki, dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi avadanlıqla təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır