28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
12 Avqust 2021, 09:10 | REPORTAJ
Cəbrayılda şəhid olan 29 yaşlı gizirin Nişanəsi... - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14  iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır. Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənlər var idi.

 

Doğulacaq sonbeşiyini görmədən bu dünyadan köçən qəhrəmanlarımızdan biri də Qəzənfər Mütəllimovdur.

 

Arayış: Gizir Qəzənfər Mütəllimov 1992-ci ilin yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. H.Z.Tağıyev qəsəbəsi 6 nömrəli məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

 

Aprel döyüşlərində şəhid xəbəri yayılmışdı, 3 gün sonra sağ qayıtdı...

 

Şəhidin həyat yoldaşı Zöhrə Mütəllimova qəhrəmanımız haqqında Modern.az-a danışıb:

 

“Hərbi xidmətini Tərtər və Goranboyda səngərdə keçirib.  Qəzənfər çevikliyinə görə manqa komandiri vəzifəsində xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində NATO tərkibli sülhməramlıların hərbi hissəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində Talış kəndi istiqamətində ağır əməliyyatda iştirak edib. Döyüş bitdikdən sonra Qəzənfərin şəhid olma xəbəri yayılmışdı. Amma döyüşdən 3 gün sonra Qəzənfər geri döndü. Vətən müharibəsi vaxtı sentyabrın 25-də cəbhəyə yola düşdü. Mənə dedi ki, təlimə gedirəm. Gedərkən nigaran baxışları var idi, qaynanam onu Quranın altından keçirdi, yola saldıq getdi. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid oldu. Vəfatından sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasın görə” və “İgidliyə görə” medalları ilə təltif olunub”.

 

“Atasının şəklini öpürdü, sanki şəhid olduğunu bilirdi”

 

Zöhrə xanımın sözlərinə görə, həyat yoldaşı ailəcanlı olub, boş vaxtlarını qızı ilə keçirirmiş:

 

“Qəzənfərlə bir məktəbdə təhsil almışıq. Məktəbdə onu görəndə əsəbləşirdim, dəcəl, nadinc uşaq idi. 2017- ci ildə ciddi tanışlığımız oldu. Yaxından tanıyanda inanmırdım ki, bu mənim uşaqlıqda tanıdığım Qəzənfərdir. Biz nişanlandıqdan sonra təyinatını Cəlilabaddan xüsusi təyinatlıların N saylı hərbi hissəsinə aldı. 2018-ci ildə ailə qurduq. Qızım Mələk dünyaya gəldi. Qəzənfər döyüşə gedəndə övladımızın olacağını bilirdi, ancaq cinsiyyətini bilmirdi. Çox ailəcanlı idi, 5 dəqiqə vaxt tapan kimi qızımızla oynayırdı. Atasının vəfatı günü Mələk qəribə hərəkətlər edirdi. Pəncərədən baxıb ağlıyırdı, atasının şəklini öpürdü, sanki uşağ atasının şəhid olduğunu bilirdi.

 

Dünyaya gələn ikinci qızıma Nişanə adını verdik. Atasından bizə nişanə qaldı. Tək arzum qızlarımı atasına, millətinə layiqli övlad kimi yetişdirməkdir. Necə ki, ataları onları ucaltdı, onlar da hər yerdə atalarını uca etsinlər. Allah məni o dünyada Qəzənfərə qovuşdursun, ruhum onunla bərabər olsun”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10 Müdafiə Nazirliyi Ermənistanın məlumatını təkzib etdi 28 Sentyabr 2021, 17:10 İqtisadi Şuranın səlahiyyətləri artırılıb 28 Sentyabr 2021, 17:05 Şeyxülislam din xadimlərini II Fəxri xiyabana apardı 28 Sentyabr 2021, 17:00 “ASAN Xidmət” işçilərinin say artırıldı 28 Sentyabr 2021, 16:55 Universitetdə Vətən müharibəsi qazilərilə GÖRÜŞ 28 Sentyabr 2021, 16:50 Samarada Anım Günü tədbiri təşkil edilib 28 Sentyabr 2021, 16:45
SORĞU Hansı vaksinə etibar edirsiniz?