Arxiv
13 Avqust 2021, 13:27 | QARABAĞ
Yeni Baş İdarə Qarabağda hansı işləri görəcək? - RƏSMİ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır. Bu barədə Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərman imzalayıb.

 

Fərmana əsasən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiq edilib.

 

Bundan əlavə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Modern.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə tikinti obyektlərinin tikintisi və istismarına icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında yaradılmış Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən veriləcək.

 

Komitə rəsmisinin sözlərinə görə, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini də müvəqqəti olaraq Baş İdarə həyata keçirəcək:

 

“Bununla yanaşı, dövlət başçısının 12 avqust 2021-ci il tarixli digər fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması haqqında qərar qəbul olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılacaq reyestrdə işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və onlarda baş verən dəyişikliklər barədə məlumatların uçotu qeyd ediləcək, bərpa və yenidənqurma işlərinin səmərəli təşkili məqsədilə tikililər üç kateqoriya üzrə yerləşdiriləcək.Sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan tikililər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat ev işlərinə görə kişinin həyat yoldaşına pul ödəməsini təklif edib 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54 Üçtərəfli komissiyanın dördüncü üzvü... – Eks-nazir AÇIQLADI 20 Oktyabr 2021, 10:53 Əli Nağıyev itkinlər məsələsini "Qırmızı Xaç"ın rəsmisi ilə müzakirə etdi 20 Oktyabr 2021, 10:49