Modern.az

“Nar” “Zirə”nin tərəfdaşı olacaq

“Nar” “Zirə”nin tərəfdaşı olacaq

13 Avqust 2021, 15:15

Gənclərə və idmana aid layihələr icra edən “Nar” və “Zirə” Peşəkar Futbol Klubu arasında sponsorluq və əməkdaşlığa dair müqavilə imzalanıb. Artıq komandanın formasında, ev oyunlarının keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə” PFK-ya dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.

 

Qeyd edək ki, “Zirə” Peşəkar Futbol Klubu 2014-cü ildə təsis edilib. “Qartallar” 1 dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarına sahib olub, 1 dəfə isə ölkəmizi UEFA Avropa Liqasında təmsil edib. Komanda elə ilk cəhddə avrokuboklarda mərhələ adlamağa nail olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?