Modern.az

Pakistan universitetində Azərbaycan Mərkəzi açılacaq

Pakistan universitetində Azərbaycan Mərkəzi açılacaq

Təhsil

19 Avqust 2021, 12:57

Azərbaycan Dillər Universiteti rektorunun köməkçisi Anar Rəhimov Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyyatda olan general-mayor Məhəmməd Cəfər ilə görüşüb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, Anar Rəhimov səmimi qəbula görə rektora təşəkkürünü ifadə edib və Azərbaycan Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Vətən Müharibəsi zamanı qardaş Pakistan tərəfindən ölkəmizə göstərilən dəstəyi xüsusi vurğulayıb. O, Azərbaycan Dillər Universitetində yenicə açılmış Pakistan Mədəniyyət Mərkəzi haqqında məlumat verib və rektor Kamal Abdullanın təşəbbüsü ilə Müasir Dillər Universitetində də Azərbaycan Dili və Mədəniyyət  Mərkəzinin açmaq və Azərbaycan Multikulturalizm fənninin növbəti semestrdən qardaş Pakistanda tədris edilmə niyyətlərinin olduğunu diqqətə çatdırıb. Anar Rəhimov bu tipli layihələrin həyata keçirilməsinin ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcəyini, insanlararası münasibətləri sıxlaşdıracağını, eləcə də Azərbaycan-Pakistan arasındakı elm və təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd edib.

 

Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyyatda olan general-mayor Məhəmməd Cəfər öz növbəsində Azərbaycan və Pakistan arasındakı mövcud qardaşlıq münasibətlərindən bəhs edib, iki ölkənin bir-birini hər zaman dəstəklədiyini bildirib, eləcə də Vətən Müharibəsindəki qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Rektor, Müasir Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılmasını və Azərbaycan Multikulturalizm fənninin növbəti semestrdən adıçəkilən universitetdə tədris edilməsi planını məmnunluqla qarşılayıb, Mərkəzin açılması ilə bağlı Universitet rəhbərliyi tərəfindən bütün lazımi köməkliyin göstəriləcəyini əminliklə ifadə edib.

 

Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin 2021-ci ilin sentyabr ayında açılması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir