Arxiv
19 Avqust 2021, 15:00 | ZƏNGƏZUR
“Zəngəzur dəhlizi” açılanda Nüvədi kəndi Azərbaycana qaytarılmalıdır! - TƏLƏB

İrəvan Türk Cümhuriyyətinin mühacir hökuməti Ermənistanın nəzarətində olan Nüvədi kəndinin Azərbaycana qaytarılması üçün Prezident İlham Əliyevə və Azərbaycan Milli Məclisinə müraciət ünvanlayıb.


Bu barədə Modern.az-a İrəvan Türk Cümhuriyyətinin  təsisçisi, ermənişünas alim Qafar  Çaxmaqlı məlumat verib. Q.Çaxmaqlı ümid edir ki, Milli Məclisin qarşıdan gələn payız sessiyasında həmin müraciətə baxılacaq:  


“Zəngəzur dəhlizinin açılması ilə orada yerləşən kəndlərin bir çoxunun Azərbaycanın nəzarətinə keçməsi mümkündür. Çünki ermənilər orada yaşaya bilməzlər. Nüvədililər və digər kəndlərin əhalisi kəndlərin geri qaytarılmasını tələb edirlər. Milli Məclisə müraciət etmişik ki, verilən qərarlara yenidən baxılsın.

 

Biz Nüvədi sakinlərinin də iştirakı ilə böyük konfrans keçirdik. Əvvəlcə bəyanat yaydıq, mətbuatda da dərc olundu. Sonra isə Milli Məclisin spikeri Sahibə Qafarovaya bununla bağlı məktub ünvanladıq.

 

Nüvədi kəndinin Ermənistana verilməsi məsələsi 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzəyanın təkidi ilə qaldırılıb. Bəhanə isə bu olub ki, indiki Mehri rayonu yaradılır, ərazisi və əhalisi azdır. Ona görə Azərbaycan həmin kəndi güzəştə getməlidir. SSRİ Ali Soveti isə verilən qərarı yalnız 1969-cu ildə təsdiq edib. Ona görə, bu kəndin Ermənistana verilməsinin qanunsuz olduğunu ortaya qoyuruq. Qərar qəbul olunanda, heç bir səsvermə, referendum keçirilməyib, əhalinin rəyi nəzərə alınmayıb. Qərarın ləğvi üçün Milli Məclisə müraciət etmişik”.


Qafar Çaxmaqlı Nüvədi kəndinin 1000 nəfərdən artıq sakininin imzası ilə Azərbaycan Prezidentinə  müraciət ünvanlandığını da söyləyib:


“Həmin müraciətdə də vurğulanır ki, Prezident bu məsələnin həllinə kömək etsin.

 

Mənə elə gəlir ki, Azərbaycan Milli Məclisinin Nüvədi kəndi ilə bağlı qərarın ləğv edilməsinə tam səlahiyyəti var. Anunverici orqan payız sessiyasında məsələni gündəliyə daxil edib, müzakirəyə çıxara bilərlər. Bu qərar ləğv olunandan sonra əhalinin həmin əraziyə yerləşdirilməsinə yol açılacaq”.

 

Nüvədi kəndi 1929-cu ildə Azərbaycan SSR-nin Zəngilan rayonunun tərkibindən alınaraq, Ermənistan SSR-nin Mehri rayonunun tərkibinə daxil edilib. 1991-ci ilin avqust ayında kəndin azərbaycanlı əhalisi deportasiya edilib və yaşayış məntəqəsi ermənilər tərəfindən işğal olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34