Modern.az

Cəlilabadda “patı” əməliyyatı  

Cəlilabadda “patı” əməliyyatı  

21 Avqust 2021, 11:10

Cəlilabadda heroin və “patı”nın dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Əsgərov saxlanılıb.

 

Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

 

Cəlilabad RPŞ-nin əməkdaşlarının Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini M.Əhmədov saxlanılıb. Onun üzərində psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi