Modern.az

Kəlbəcərdə əsgərimiz həlak oldu - YENİLƏNİB

Kəlbəcərdə əsgərimiz həlak oldu - YENİLƏNİB

Hadisə

22 Avqust 2021, 15:28

Kəlbəcərdə xidmət edən Azərbaycan Ordusunun əsgəri Əsgərov Aydəniz Elburus oğlu həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə əsgərin yaxınları məlumat yayıb.

 

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

 

 A.Əsgərov Sabirabad rayonunun Poladtuğay kəndinin sakini olub.

(15:12)

*** 

Kənd icra nümayəndəliyindən Modern.az-a xəbəri təsdiqləyiblər. Bildirilib ki, sakinlər əsgərin nəşini qarşılamağa hazırlaşır.

 

Bu gün vida mərasimi keçiriləcək, sonra onun cənazəsi kənd məzarlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsgərov Aydəniz Elburus oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır