Modern.az

Yeni dərs ili üçün tədris planı TƏSDİQ EDİLDİ

Yeni dərs ili üçün tədris planı TƏSDİQ EDİLDİ

Təhsil

23 Avqust 2021, 19:02

Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Əmrə əsasən, Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiqlənib.

 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır