Modern.az

Heydər Əliyev prospektində yanğın - FOTO (YENİLƏNİB)

Heydər Əliyev prospektində yanğın - FOTO (YENİLƏNİB)

24 Avqust 2021, 15:09

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Əlavə məlumat veriləcək.

 

***

14:52

 

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

 

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır. Əlavə məlumat veriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 

Sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər