Arxiv
24 Avqust 2021, 18:49 | DİASPOR
Azərbaycan dilini öyrənən müdavimlərə diplomlar verildi - FOTO

Misirin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən diaspor mərkəzində Azərbaycan dili, Quran qiraəti və xəttatlıq kurslarını bitirən müdavimlərə diplomlar təqdim edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov bildirib ki, diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 müdavim kursu müvəffəqiyyətlə bitirib. Məzunların Misirin müxtəlif universitetlərində təhsil aldığını xatırladan birlik sədri qeyd edib ki, əcnəbi tələbələr Azərbaycan tarixi və mədəniyyəti haqqında da biliklər əldə ediblər.

 

Tədbirdə kursu müvəffəqiyyətlə bitirən misirli gənc qız Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib. Bu, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mərasim Azərbaycan dili üzrə 12, Quran qiraəti üzrə 10, xəttatlıq sənəti üzrə 4 məzuna diplomların təqdim edilməsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, diaspor mərkəzində, ümumilikdə 500 müdavim Azərbaycan dili, Quran qiraəti, xəttatlıq, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda təhsil alır. Onlar, əsasən, Asiya və Afrika ölkələrindən olan gənclərdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53
SORĞU Hansı vaksinə etibar edirsiniz?