Modern.az

ABŞ Azərbaycana daha 20 minaxtaran it göndərəcək

ABŞ Azərbaycana daha 20 minaxtaran it göndərəcək

Aktual

25 Avqust 2021, 09:32

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) Azərbayacan 10 minaxtaran it göndərilib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin təhvil verilməsi planlaşdırılır.

 

Belə ki, xüsusi təlim keçmiş ilk 10 it avqsutun 23-də Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq ANAMA-ya çatdırılıb.

 

Qeyd edək ki, ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?