Modern.az

Peşə məktəblərinə qəbul olanların qeydiyyatı aparılır  

Peşə məktəblərinə qəbul olanların qeydiyyatı aparılır  

Təhsil

25 Avqust 2021, 10:32

Peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsində müsabiqədən uğurla keçənlərin qeydiyyatı aparılır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, peşə məktəblərinə qəbul olanlar avqustun 30-u saat 18:00-dək qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 

-attestatın əsli;

 

-sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

 

-sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

 

-şəxsiyyət vəsiqəsinin surəti;

 

-3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

 

-hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

 

-güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

 

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə məktəbində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

Xatırladaq ki, peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-21-də elektron qaydada keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas üzrə aparılıb. Elektron sistemdə qeydiyyatdan keçənlərdən 14 min 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26 faiz artıb.

 

Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi edə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi