Arxiv
25 Avqust 2021, 12:48 | İQTİSADİYYAT
Bu ixtisası seçən tələbələrin təqaüdləri artırıldı

Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi. 

 

Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.  

 

Universitetin stimullaşdırıcı təqaüd proqramları haqqında məlumat verən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, əlavə təqaüdlərin məbləğinin artırılması tələbələrin sosial rifah vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onların aqrar sahənin mütəxəssisi kimi yetişməsində mühüm rol oynayacaq. Bundan başqa, tələbələrin universitetin hər cür şəraiti olan müasir 1044 yerlik yataqxanasında yaşamaq imkanı var. 4 ulduz təsnifatına uyğun inşa edilmiş tələbə yataqxanasında kitabxana, yeməkxana, kompüter otaqları, idman zalları, camaşırxana, tibbi yardım otaqları, mağazalar və s. fəaliyyət göstərir.

 

Rektor qeyd edib ki, ADAU tələbələrinin təhsil dövründə mübadilə proqramlarından yararlanmaq, təhsillərinin bir hissəsini xarici ali məktəblərdə davam etdirmək imkanı var. Ötən ay Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən, bu ali təhsil müəssisələrinin magistrləri birinci ili ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.

 

ADAU ilə Türkiyənin Ege Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil alaraq iki diplom əldə edəcəklər. 

 

Bundan başqa, ötən həftə ADAU ilə Eskişehir Teknik Universiteti arasında “Mövlana” proqramı və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

ADAU rektoru qeyd edib ki, bu il Türkiyə, İsrail, Qazaxıstan və digər ölkələrdən 100-dək tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq üçün müraciət edib. Xarici tələbələr əsasən, kənd təsərrüfatı ixtisasları üzrə təhsil almaq niyyətindədir.  

 

Qeyd edək ki, aqrar sahədə peşəkar kadrların hazırlanması məqsədilə ADAU-nun maddi-texniki bazasının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Ötən il iyunun 24-də Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, yeni tədris korpusu dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilib. Burada aqrar sahədə müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb, ən yeni əyani vəsaitlər, avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar professor-müəllim heyətinin və tələbələrin ixtiyarına verilib. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

 

Yeni tədris ili ərəfəsində Azərbaycan Dövlət Aqrar Universitetində Biotexnologiya Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38