Arxiv
25 Avqust 2021, 13:21 | TƏHSİL
Pakistanda Azərbaycan Mərkəzi açılacaq

Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, iyulun 31-də ADU-da Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin iştirakı ilə Pakistan mədəniyyət mərkəzi açılıb. Qarşılıqlı razılaşmaya əsasən Pakistanın Müasir Dillər Universitetində eyni təyinatlı mərkəzin açılması planlaşdırılır.

 

ADU-nun rektoru, akademik Kamal Abdullanın köməkçisi Anar Rəhimov Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyatda olan general-mayor Məhəmməd Cəfərlə görüşüb. O,  Pakistan Mədəniyyət Mərkəzi haqqında məlumat verib və rektor Kamal Abdullanın təşəbbüsü ilə Müasir Dillər Universitetində də Azərbaycan Dil və Mədəniyyət  Mərkəzini açmaq və Azərbaycan multikulturalizmi fənninin növbəti semestrdən qardaş Pakistanda tədris edilmə niyyətlərinin olduğunu diqqətə çatdırıb.

 

Pakistanın Müasir Dillər Universitetinin rektoru, ehtiyatda olan general-mayor Məhəmməd Cəfər öz növbəsində Azərbaycan və Pakistan arasındakı mövcud qardaşlıq münasibətlərindən bəhs edib, iki ölkənin bir-birini hər zaman dəstəklədiyini bildirib, eləcə də Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Rektor Müasir Dillər Universitetində Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılmasını və Azərbaycan Multikulturalizm fənninin növbəti semestrdən tədris edilməsi planını məmnunluqla qarşılayıb, Mərkəzin açılması ilə bağlı Universitet rəhbərliyi tərəfindən bütün lazımi köməkliyin göstəriləcəyini əminliklə ifadə edib.

 

A.Rəhimov səfərlə bağlı təəssüratlarını bölüşərkən qeyd edib ki, İslamabadda istər universitet və təhsil nazirliyi səviyyəsində rəsmi təyinatlı görüşlərdə, istərsə də qeyri-rəsmi söhbətlər zamanı ölkəmizə, xalqımıza pakistanlıların necə hörmət və rəğbətlə yanaşdıqlarının şahidi olub:

 

“İnanıram ki, universitetimizin rektoru, akademik Kamal Abdullanın təhsil sahəsindəki əməkdaşlıqla bağlı bu təşəbbüsü iki qardaş xalqı daha da yaxınlaşdıracaq, insanlar arasında münasibətləri, eləcə də təhsil sahəsində əməkdaşlığı formalaşdırıb yeni müstəviyə çıxaracaq”.

 

Qeyd edək ki, Pakistanda Azərbaycan Dil və mədəniyyət mərkəzinin açılması sentyabr ayında planlaşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:57 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Səbinə Əliyeva bolqarıstanlı həmkarına Ermənistanın cinayətlərindən danışdı 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00