Modern.az

FHN: Ötən gün 51 yanğın olub

FHN: Ötən gün 51 yanğın olub

27 Avqust 2021, 11:12

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 51 halda yanğına çıxış, köməksiz vəziyyətdə qalma faktı üzrə 5 və intihara cəhd üzrə 1 fakt qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in mətbuat xidmətindən Moden.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla altı nəfər, o cümlədən Bakı şəhərinin Səbail rayonunda intihara cəhd edən bir nəfər xilas olunub. Həmçinin Sumqayıt şəhərində dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir