Arxiv
31 Avqust 2021, 10:28 | DİASPOR
Kölndə azərbaycanlı tibb mütəxəssisləri ilə görüş keçirilib

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədri Fuad Muradovun və Komitə əməkdaşlarının Köln Universiteti Klinikasının Radiologiya İnstitutunda azərbaycanlı tibb mütəxəssisləri ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev, Köln Universitetinin məzunu, Auqustereninen xəstəxanasında Ağciyər xəstəlikləri departamentinin şöbə müdiri Elvin Hüseynov, Axen şəhərindəki Reyn-Vestfal Texniki Universitetinin doktorantı, Almaniyadakı milli elmi araşdırma mərkəzinin əməkdaşı Əkbər Hüseynov, Köln Universitetinin Cinayət Hüququ və Cinayət Prosesi İnstitutunun doktorantı, “2019–2020-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdçüsü Asif Mustafayev, Köln Universitetinin məzunu, Vuppertal şəhərindəki Müqəddəs İosif hospitalının həkimi Hemət Həbibov və Almaniyanın Auditorlar Palatasının ilk azərbaycanlı üzvü, Britaniyanın Ernst&Young auditor-konsaltinq şirkətinin Almaniya üzrə uzunmüddətli meneceri Murad Həsənzadə iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Nuran Abdullayev Dövlət Komitəsinin rəhbərliyini klinikada görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanlı alim Köln şəhərində çalışan həkim soydaşlarımız və tibb sahəsində təhsil alan azərbaycanlı tələbələr barədə məlumat verib. Almaniyada həkimlərimizin fəaliyyət göstərdikləri tibb mərkəzlərinə sərmayələrin yatırılması prosesinə azərbaycanlı iş adamlarının cəlb olunmasının vacibliyini, bu sahədə püxtələşən soydaşlarımızın Azərbaycan səhiyyəsinə, eləcə də yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasına böyük töhfə verə biləcəklərini vurğulayıb.

 

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri səhiyyənin yüksək inkişaf etdiyi Almaniyada azərbaycanlı həkimlərin yüksək mütəxəssis kimi qəbul edilməsi faktının böyük əhəmiyyətindən danışıb. Bildirib ki, Almaniyada təhsil alan gənclərimizin yerli səhiyyənin üstünlüklərini öyrənib, peşəkar mütəxəssisə çevrilməsi çox vacibdir. Çünki yalnız bu halda soydaşlarımız öz sahəsində kamilliyə çatan mütəxəssislər kimi tanına bilərlər. Belə mütəxəssislər isə nəinki yaşadıqları ölkədə nüfuz sahibinə çevrilir, həm də ictimai-siyasi və səhiyyə sisteminə sıx inteqrasiya olunmaqla yaxın gələcəkdə Azərbaycanın tibb sahəsinə töhfələr bəxş edə və həqiqətlərimizin təbliği istiqamətində ictimai rəyə təsir etmək gücünə malik olurlar.

 

Görüşdən sonra radiologiya və ürək-damar şöbələrindəki iş şəraiti ilə tanışlıq olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş iki mülki erməni geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48 Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı 19 Sentyabr 2021, 17:46
SORĞU Hansı vaksinə etibar edirsiniz?