Modern.az

Baş nazir Medvedev Stalindən çox sərt danışdı

Baş nazir Medvedev Stalindən çox sərt danışdı

1 Noyabr 2012, 18:03

Rusiyanın baş naziri Dmitri Medvedev SSRİ-nin mərhum rəhbəri Stalin haqqında çox sərt danışıb. Modern.az-ın məlumatına görə, Medvedev bildirib ki, Stalin öz xalqına qarşı müharibə aparıb.

“Yalnız Stalin deyil, o vaxtkı bütün liderlər etdikləri hərəkətlərinə görə tənqid edilməlidir. Bu hərəkətlər birdə heç vaxt təkrarlanmamaq üzrə tarixin xroniki səhifələrində qalmalıdır. Çünki kiminsə öz xalqı ilə müharibə aparması böyük cinayətdir”.

Baş nazir hazırda Stalini sevənləri də tənqid edib. O, “ölü tiranları sevmək tez-tez rast gəlinən bir şeydir. İndi qapalı qapılar arxasında ölüm siyahısı hazırlayanların olmadığını bilərək, rahat kresloda oturub Stalinçi olmağınız asandır”, – deyib.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir