Modern.az

Payız sessiyasında bu qanun layihələri müzakirəyə çıxarılacaq   

Payız sessiyasında bu qanun layihələri müzakirəyə çıxarılacaq   

Parlament

3 Sentyabr 2021, 10:20

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları bu həftə tətildən qayıdıblar. Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

 

Modern.az xəbər verir ki, MM-in payız sessiyasında yeni hazırlanan bir neçə qanun layihəsinin müzakirəsi gözlənilir.

 

Bunlardan biri  “Qida təhlükəsizliyi haqqında” qanun layihəsidir. Yeni qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.

 

Sözügedən qanun layihəsində Azərbaycana idxal olunan və daxildə istehsal edilən qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi məsələləri və bu sahədə yeni qaydaların tətbiqi nəzərdə tutulur.

 

Digər müzakirə olunacaq sənəd "Ali təhsil haqqında" qanun layihəsidir. Yeni qanun layihəsində təhsil kreditləri ilə bağlı məsələlər öz əksini tapıb.

 

Milli Məclisin payız sessiyası ərzində müzakirə olunacaq mühüm məsələlərdən biri də 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsidir.  Eləcə də büdcə zərfinə daxil olan digər məsələlər sessiyada parlamentin müzakirəsinə təqdim ediləcək.

 

Bundan başqa payız sessiyasında gözləmədə olan qanun layihələri müzakirə oluna bilər.

 

Həmçinin, qanunvericilik işləri planına əsasən sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinin də Milli Məclisdə müzakirəsi istisna deyil.

 

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-da başa çatır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI