Modern.az

“Rusiya sülhməramlıları olmadan sağ qala bilməzdik” - Xankəndili erməni

“Rusiya sülhməramlıları olmadan sağ qala bilməzdik” - Xankəndili erməni

3 Sentyabr 2021, 10:31

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi şəhərinin və Qarabağın ermənilər yaşayan ucqar kəndlərinin 1500-dən çox sakinini içməli su ilə təmin ediblər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

"İkinci mərtəbədə yaşayırıq və hazırda suyumuz çatmadığı üçün içməli suya ehtiyacımız var. Rusiya sülhməramlıları olmadan sağ qala bilməzdik. Bizə kömək etdiklərinə və bu anda bizim üçün etdikləri hər şeyə görə onlara təşəkkürümü bildirmək istərdim. Sülhməramlılar bizim üçün zamindir, torpaqlarımızı qoruyurlar və ümid edirik ki, gələcəkdə hər şey yaxşı olacaq ”, - Xankəndi  sakini Lena İzmaylyan deyib.

 

Sülhməramlı kontingentin humanitar mərkəzinin hərbçiləri son iki həftə ərzində 30-dan çox reys həyata keçirib və Qarabağ sakinlərini 200 tondan çox içməli su ilə təmin ediblər. Bunun üçün həcmi təxminən 5 kubmetr olan 2 su daşıyıcısından istifadə etdiblər.

 

"Çox sağ olun. Sülhməramlıların sayəsində burada əmin-amanlıq içində yaşayırıq ”, - yerli sakin Neli İvanyan bildirib.

“Yerli su anbarında təmir-bərpa işləri başa çatana və Qarabağın şəhər və rayonlarına boru xətti çəkilənə qədər sülhməramlı kontingentin hərbçiləri hər gün yerli sakinləri içməli su ilə təmin edəcəklər”, - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Kolesnikov bildirib. 


Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyatanına əsasən, Qarabağda atəşkəs elan edilib. Atəşkəsə nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda yerləşdirilib.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub