Modern.az

General Muradov Qarabağdan getdi – Onu kim əvəzləyəcək...

General Muradov Qarabağdan getdi – Onu kim əvəzləyəcək...

7 Sentyabr 2021, 11:04

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov vəzifəsindən gedir.

 

Modern.az xəbər verir ki, dünən Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşdə generalın Qarabağda fəaliyyət müddətinin bitdiyi açıqlanmışdı.

 

Maraqlıdır ki, Rüstəm Muradovu sülhməramlı qüvvələrin rəhbəri postunda əvəz edəcək şəxsin kimliyi məlum deyil.

 

Hələ may ayında Ermənistan mediası Rüstəm Muradovun general-leytenant, Cənubi Hərbi Dairə komandirinin müavini Aleksey Avdeevlə əvəzlənəcəyini yazmışdı. Amma həmin vaxt Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonunda yaranan gərginliklə bağlı generalların rotasiyası alınmamışdı. O zaman Muradovun daha 6 ay Qarabağda xidmət etməsi barədə Moskvada qərar qəbul olunmuşdu.

 

Bəzi məlumatlara görə, generalın vəzifəsindən getməsində Ermənistan tərəfinin mövqeyi də rol oynaya bilər. Belə ki, aprelin 8-də Bakı danışıqlardan Yerevana qayıdan general Muradovun olduğu təyyarədə erməni diversantların bir hissəsinin olması barədə də xəbər yayılmışdı.

 

Erməni müxbirin: "Niyə dünən Ermənistan rəsmiləri hərbi əsirlərin qaytarılacağını deyirdi?" - sualına Qarabağdakı rus sülhməramlılarının komandiri Rüstəm Muradov "bu provokasiyadır" - deyə cavab verib.

 

"Bu, yalan təxribatdır. Onlardan soruşun. Onlar xalqı çaşdırırlar. Heç nə planlaşdırılmayıb. Bu, adi işgüzar səfər olub", - deyə general Muradov Ermənistan hakimiyyətini dezinformasiya yaymaqda ittiham etmişdi.

 

Generalın ifşaedici sözləri ilə bağlı Paşinyanın Kremlə şikayətləndiyi bildirilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir