28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
7 Sentyabr 2021, 11:12 | ƏDƏBİYYAT
Nərimanov Hacı Zeynalabdini niyə həbs etdirmişdi... - Nağı Şeyxzamanlının  XATİRƏSİ

Tarixçi alim Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyətində xüsusi xidmət orqanının rəhbəri vəzifəsində işləmiş Nağı Şeyxzamanlının məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında bir xatirəsini təqdim edib.

Modern.az-ın məlumatına görə, həmin xatirə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra hökumətə rəhbərlik etmiş Nəriman Nərimanovun Hacı Zeynalabdin Tağıyevi həbsə atdırması barəsindədir.

Bu təqdimat sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Nağı Şeyxzamanlının 1957-ci ildə “Azərbaycan” kültür dərgisinin 15-ci sayında dərc edilmiş xatirəsində bildirilir:

“Aprel işğalından sonra bolşeviklər Hacı Zeynalabdinin var-dövlətini də əlindən alıb müflis etdilər. Onun pulu ilə oxuyub ali təhsil alan doktor Nəriman Nərimanov Hacını həbs etdirdi. Hadisə belə olmuşdu:
Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikasının adı bolşeviklər tərəfindən dəyişdirilərək, «Lenin tekstil fabrikası» qoyulmuşdu. Bunu eşidən Hacı Zeynalabdin doktor Nərimanın yanına gedir və ona deyir:

«Nəriman, mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti adını Tağızadə qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadə qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdur. Çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızdadır. Mən o alçaq Leninə fabrika satmamışam. Əgər fabrikamın adını dəyişdirib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim!».

Bu sözlərdən sonra Nəriman Nərimanov rəhbərliyi altında çalışdığı yanındakı rusdan qorxaraq,  Hacını həbs etdirir. Bu hadisəni eşidən fabrika işçiləri tətil edərək ÇEKA-ya gedir və Hacının dərhal azad edilməsini tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək, həbsdən azad etdirirlər”.


 A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda saxta vaksin sənədi verən şəxslərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56
SORĞU Hansı vaksinə etibar edirsiniz?