Modern.az

Paşinyandan yeni manevr: “Madrid prinsipləri”ni gündəmə qaytarmaq istəyir

Paşinyandan yeni manevr: “Madrid prinsipləri”ni gündəmə qaytarmaq istəyir

Qarabağ

9 Sentyabr 2021, 11:59

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ fiaskosundan sonra yeni siyasi oyuna başlayıb.

 

Modern.az Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, baş nazir əvvəllər tənqid etdiyi “Madrid prinsipləri”ni yenidən gündəmə gətirməyi planlaşdırır.

 

“Hakimiyyətə gəlməzdən qabaq da, hakimiyyət illərində də Paşinyan komandası 2007-ci ildən masada olan “Madrid prinsip”lərini kəskin tənqid edirdi. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bu prinsipləri ən pis variant sayırdılar. Amma müharibədən sonra indi bu prinsiplər Paşinyan üçün münasib olub”- deyə qəzet yazır.

  

Paşinyanın “Madrid prinsipləri”ni Qarabağ məsələsində əsas müzakirə mövzusu etməklə, uğradığı hərbi-siyasi fiaskonun nəticələrini yumşaltmağa çalışdığını yazan qəzet münaqişənin sonlandığını elan edən rəsmi Bakının “Madrid prinsipləri”ni rədd edəcəyinə əminlik ifadə edib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı