Modern.az

Boş yerlərə qəbul olan abituriyentlərin siyahısı

Boş yerlərə qəbul olan abituriyentlərin siyahısı

Təhsil

12 Sentyabr 2021, 11:22

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, 9-cu nömrədə 2021/2022-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

 

10-cu nömrədə isə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir