28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
12 Sentyabr 2021, 13:11 | HADİSƏ
“Bəzi insanlar elə bilir ki, dəniz havası xeyirlidi” - Həkimdən Xəzərlə bağlı ŞOK AÇIQLAMA

“Bəzi insanlar hələ də elə bilirlər ki, Bakı bulvarında dəniz havası udmaq xeyirlidir”.

 

Modern.az-ın məlumatına görə, bunu tanınmış anestezioloq-reanimatoloq həkim Şahin Məmmədov tez-tez bulvara dəniz havası udmağa gedən şəxslər barəsində danışarkən bildirib.
 

Onun sözlərinə görə, bəzilərinin yod qoxusu hesab etdiyi dənizdən gələn iy əslində hidrogen-sulfid qazıdır:

“Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burnu sulandırır, yuxululuq gətirir və s.

 

Hidrogen-sulfid qazı dənizde yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yeməsindən sonra buraxdığı qazlardır.

Məişətdə bu qazın iyi kanalizasiyalardan da gəlir, eyni qazdır”.

Həkim bildirib ki, dəniz havasında yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir:

“Dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha bol oksigenli yerlərdə -yaşıllıq olan ərazidə gəzmək məqsədəuyğundur, nəinki dəniz sahilində”.

Ş.Məmmədovun sözlərinə görə, dəniz sahili sakitlik baxımından bəzi insanalara rahatlıq verə bilər, amma…

“Amma dəniz havasının nəmişliyi və hidrogen-sulfid qoxusu xeyirli deyil, əksinə, zərərlidir, üstəlik də bir sıra ağciyər xəstəliklərini - ən çox da bronxial astmanı, allergik riniti, allergik bronxiti kəskinləşdirə bilər”.


Həkim onu da əlavə edib ki, sahil ərazilərində - dəniz qoxusu hiss ediləcək qədər yaxınlıqda yaşayan insanlar bu qazın uzunmüddətli təsirinə məruz qalırlar.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Əfqanıstan ordusunun sürətli çöküşü gözlənilməz idi” - Oustin 28 Sentyabr 2021, 21:21 TÜRKPA ölkələrinin parlament sədrləri mətbuat konfransı keçirdi 28 Sentyabr 2021, 21:10 Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb 28 Sentyabr 2021, 20:59 “Revanşizm səylərindən vaz keçmək üçün onlara xəbərdarlıq etmək vaxtıdır” – İlham Əliyev 28 Sentyabr 2021, 20:41 Orduda müharibənin ildönümü ilə bağlı tədbir - VİDEO 28 Sentyabr 2021, 20:28 İlham Əliyev XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15 Bakı Qarabağdakı ermənilərlə bağlı proqramını təqdim edir 28 Sentyabr 2021, 17:10
SORĞU Hansı vaksinə etibar edirsiniz?