Modern.az

Gürcüstanda azərbaycanlı müəllimin 84 şagirdi tələbə oldu

Gürcüstanda azərbaycanlı müəllimin 84 şagirdi tələbə oldu

12 Sentyabr 2021, 16:45

Gürcüstanın Qaraçöp bölgəsindən olan riyaziyyatçı Vüqar Musabalıyevin hazırladığı abituriyentlərdən 84-ü bu il ali təhsil ocaqlarına qəbul olub.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qəbul olan abituriyentlərdən 25-i isə 100% qrand əldə edib (pulsus təhsil). Məhz bu il Vahid Milli İmtahanlardan ən yüksək bal toplayan abituryentlər də Musabalıyevin şagirdləri olub.

 

V. Musabalıyevin indiyə qədər 700-ə yaxın tələbəsi Gürcüstanın, eləcə də Türkiyənin ali təhsil ocaqlarına qəbul olub.

 

O, həmçinin Gürcüstanda bir ilkə imza ataraq öz hazırlamış olduğu suallardan ibarət "Ümumi Qabiliyyət" kitabını çap etdirib.

 

Kitab Azərbaycan dilində nəşr olunmuş və tam imtahan tipli suallardan ibarətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir