Modern.az

Məktəblər hansı halda yenidən bağlana bilər? - AÇIQLAMA

Məktəblər hansı halda yenidən bağlana bilər? - AÇIQLAMA

12 Sentyabr 2021, 22:45

Ənənəvi tədrisin davamlı olması üçün vaksin vurdurmalıyıq.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

 

Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşılayır.

 

“Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq, ənənəvi dərslər o qədər davamlı olar”, - deyə nazir məktəblərin hansı hallarda bağlanması məsələsinə münasibət bildirib.

 

O, həmçinin vurğulayıb ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır.  Bundan əlavə, nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür