Modern.az

Bəzi məktəb direktorlarına müəllim seçmək səlahiyyəti veriləcək

Bəzi məktəb direktorlarına müəllim seçmək səlahiyyəti veriləcək

13 Sentyabr 2021, 08:01

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:

 

“Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...