Modern.az

Yaqub Zurufçu harada dəfn olunacaq?

 Yaqub Zurufçu harada dəfn olunacaq?

Aktual

14 Sentyabr 2021, 21:15

Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, Y.Zurufçu bu gün koronavirusdan dünyasını dəyişib.

 

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir