Modern.az

Tarix təkrarlanır: Ata və qızı 22 yaşında Cıdır düzündə  - FOTO

Tarix təkrarlanır: Ata və qızı 22 yaşında Cıdır düzündə  - FOTO

15 Sentyabr 2021, 11:11

İşğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə səfərlər təşkil olunur. Belə səfərlərdə gənclər də iştirak edirlər. Bu yaxınlarda Şuşanı ziyarət edən gənclərimizdən biri İlahə Əlizadədir. Onun ilk dəfə getdiyi Şuşadan paylaşdığı görüntü sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

Belə ki, o atasının 22 yaşında ikən Cıdır düzündə lentə alınan fotosunun eynisini özünün 22 yaşında çəkdirib.

 

İlahə Əlizadə Şuşa təəssüratlarını Modern.az-la bölüşərkən deyib ki, xoş və sözlə ifadə edilə bilməyəcək qədər mükəmməl hisslər yaşayıb:

 

“Şuşa, Qarabağ haqqında atam danışanda həmişə mənə nağıl kimi gəlirdi. İndi təsəvvür edin ki, mən o nağılı yaşadım. Əlbəttə, xoş və sözlə ifadə edə bilməyəcək qədər mükəmməl hiss idi. Mən Şuşaya getməmişdən öncə atam dedi ki, “Şuşaya məndən salam deyərsən. De ki, atam səndən ötrü çox darıxıb. Özü gələ bilmədi, mən gəldim hüzuruna, atamı bağışla”.

 

Mən tapşırığı yerinə yetirdiyimi ona deyəndə atam Şuşanın işğaldan azad olunduğu gün yaşadığı hissləri bir daha yaşadı. Eyni həyəcan, eyni kövrəklik, eyni sevinc...

 

Əslində orada doğulmalı idim, orada böyüməli idim, orada yaşamalı idim. Bu bizə qismət olmasa da, bundan sonra həyatımın qalan hissəsini Şuşada yaşamaq üçün səbrsizlənirəm”.

 

 

Humay İsgəndərova

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər