Modern.az

DYP-dən “Qarabağ” – “Bazel” oyunu ilə bağlı MÜRACİƏT

DYP-dən “Qarabağ” – “Bazel” oyunu ilə bağlı MÜRACİƏT

15 Sentyabr 2021, 16:35

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Qarabağ" klubunun Bakıda İsveçrənin "Bazel" komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

 

İdarədən Modern.az-a daxil olan müraciətdə deyilir:

 

“Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda "Qarabağ"ın "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununun keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar.

 

Sürücülərdən xahiş edirik ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər.

 

Eyni zmanada pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərinə də əməl etmələri xahiş edilir. Sürücülərimizdən və vətəndaşılarımızdan xahiş edirik ki, metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı