Arxiv
16 Sentyabr 2021, 17:06 | AKTUAL
Arvadını güllələyən hakimin istintaqı başa çatdı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Modern.az-ın məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Yasin Umudov ifadəsində bildirib ki, "102 Qaynar Xətti"ndən hadisə ilə bağlı Növbətçi Hissəyə məlumat verildikdən sonra hadisə yerinə gedib: "Əvvəlcə "102"-ə məlumat verən nömrəyə zəng etdim. Telefona cavab verən Fəqan Əhmədov dedi ki, yoldaşımı öldürmüşəm. Mən hadisə yerinə çatanda 42-ci Polis Bölməsinin əməkdaşları orada idilər. Fəqan müəllimin davranışlarından sərxoş vəziyyətdə olduğu görünürdü. Ağzından spirtli içki iyi gəlirdi. Fəqan müəllimdən hadisənin necə baş verdiyini soruşdum. Zarafatla silahı götürüb qorxutmaq məqsədi ilə arvadına tuşladığını dedi. Elə bilib silahın qoruyucusu bağlıdır. Səhvən atəş açılıb.

 

Mən içəri girəndə Fəqan Əhmədovun arvadı divanda oturaqlı vəziyyətdə idi, güllə ürək nahiyəsindən dəymişdi. Orada dedilər ki, Fəqan bəy hadisədən sonra çıxıb bir güllə də özünə vurmaq istəyib. Amma uşaqları gözünün qabağına gəlib, havaya atəş açıb.

 

Fəqan müəllim dedi ki, içki içdiyinə görə arabir həyat yoldaşı ilə mübahisələri olurmuş".

 

Daha sonra ifadə verən Sabunçu RPİ 42-ci Polis Bölməsinin sahə rəisi Ülfət İskəndərov hadisədən 15 dəqiqə sonra Fəqan Əhmədovun evinə çatdığını bildirib:

 

"Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Sahə rəisi olduğum üçün Fəqan müəllimi tanıyırdım. Bu günədək həyat yoldaşı ilə aralarında mübahisə olduğunu eşitməmişdim. Amma Fəqan müəllim dedi ki, spirtli içki qəbul etdiyi üçün arvadı ilə problemlər yaşayırmış. Həmin vaxt da Fəqan Əhmədovun içkili vəziyyətdə olduğu açıq-aşkar bilinirdi".

 

Daha sonra prosesə ifadə vermək üçün Fəqan Əhmədovun 14 yaşlı oğlu çağırılsa da, azyaşlı ifadə vermək istəməyib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

 

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

 

Növbəti məhkəmə prosesi sentyabrın 30-a təyin edilib.

 

İttihama görə, bu il mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

 

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48