Modern.az

Avropa Müdafiə İttifaqı yaradıla bilər

Avropa Müdafiə İttifaqı yaradıla bilər

Dünya

16 Sentyabr 2021, 22:36

Avropa İttifaqı (Aİ) müdafiə üçün öz ordusunu yaratmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen qeyd edib.

 

Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur.

 

“Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO -nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır”, - deyə Leyen bildirib.

 

Xatırladaq ki, dünən Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Avropa İttifaqının (Aİ) müdafiə, miqrasiya, sağlamlıq və digər əsas mövzularda prioritetlərini açıqlayıb.

 

Von der Leyen Avropanın ABŞ-ın dəstəyi olmadan hərbi addım atmaq üçün siyasi iradəyə sahib olmasının lazım olduğunu qeyd edib.

 

“Dünyanın ən qabaqcıl qüvvələrinə sahib ola bilərsiniz. Ancaq onlardan istifadə etməyə hazır deyilsinizsə, bunlar nəyə yarayır? Bu, qabiliyyət çatışmazlığımız deyil, bizim gücümüzdür. Bizi bu günə qədər geridə qoyan siyasi iradənin olmamasıdır”, - deyə Aİ rəsmisi bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır