Modern.az

Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi

Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi

Aktual

16 Sentyabr 2021, 23:31

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bazel”lə matçdan sonra keçirilən mətbuat konfransında maraqlı addım atıb.

 

Modern.az xəbər verir ki, o, mətbuat konfransında masanın üzərində olan pivə şüşələrinin götürülməsini istəyib.

 

Təcrübəli baş məşqçinin istəyi yerinə yetirilib. Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb zalı tərk etdikdən sonra isə şüşələr yenidən masanın üzərinə düzülüb.

 

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu