Modern.az

Pakistan “Taliban”la dialoqa başladı  

Pakistan “Taliban”la dialoqa başladı  

19 Sentyabr 2021, 00:47

Pakistan hökuməti Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ilə dialoqa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri İmran Xan özünün “Twitter” hesabında məlumat verib.

 

O qeyd edib ki, dialoq Əfqanıstanda inklüziv hökumət yaradılmasına yönəldilib.

 

“Hökumət formalaşdırılarkən taciklərin, özbəklərin və xəzərlərin nümayəndələrindən də istifadə olunmalıdır. Hökumətdə ölkədə yaşayan bütün etnik qrupların təmsil olunması 40 illik münaqişədən sonra Əfqanıstanda sülhün və sabitliyin bərpasını təmin edəcək ki, bu da region ölkələrinin maraqlarına cavab verəcək”, - deyə İmran Xan bildirib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?