Arxiv
20 Sentyabr 2021, 21:37 | AKTUAL
Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı

Küveytin ərəb və ingilis dilli mətbuat orqanları “TimesKuwait” və “Al-Wasat” qəzetlərində “Yeni İpək Yolu: Niyə inkişaf etmiş nəqliyyat infrastrukturu Azərbaycanın gələcəyinin açarıdır?” sərlövhəli məqalə dərc edilib.

 

Modern.az xəbər verir ki, məqalədə Azərbaycanın Mərkəzi Asiyanı Avropa ilə birləşdirən tarixi İpək yolu üzərində yerləşməsi və bu marşrutun XXI əsrin inkişaf etmiş texnologiya imkanlarına uyğun olaraq yenidən bərpa edilməsi barədə məlumat verilib.

 

Qeyd edilib ki, Bakı şəhəri 2000-ci ildən Avropa İttifaqı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 12 dövləti arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafına xidmət edən TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramına ev sahibliyi edib. Dövlət Statistika Komitəsinin məlumatına istinadən Azərbaycan ərazisindən 2020-ci il ərzində 188,6 milyon ton mal və məhsulun daşındığı bildirilən məqalədə diqqətə çatdırılıb ki, yük daşınmalarının 84,1 faizi neft və qaz boru kəmərlərinin payına düşür, digərləri isə avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə həyata keçirilib.

 

Müəllif vurğulayıb ki, Azərbaycan son illər Gürcüstan, Rusiya və İran ilə bu ölkəni birləşdirən infrastruktur layihələrinin icrasına böyük həcmdə sərmayələr yatırıb, eyni zamanda, 1902-ci ildən dəniz nəqliyyatı üçün istifadə olunan Bakı limanı əsaslı bərpa edilib, böyük iqtisadi potensiala malik Ələt Dəniz Ticarəti Limanı salınıb. Bundan əlavə, 1878-ci ildə əsası qoyulmuş və uzunluğu 2900 kilometr olan Azərbaycan dəmir yolları sisteminin Cənubi Qafqazın ən böyük və irihəcmli sistemə çevrildiyi qeyd edilib. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirməklə, Çindən Avropaya qədər malların daşınmasına imkan verir.

 

Məqalədə, həmçinin beynəlxalq hava yollarının Azərbaycandan keçməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, daha 5 böyük beynəlxalq əhəmiyyətli hava limanının fəaliyyət göstərdiyi bildirilib.

 

Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan həyat dolu və imkanlar ölkəsidir. Tarixi irs və multikultural dəyərlər yüz illər boyu qorunub saxlanılıb və zənginləşdirilib. Azərbaycanın insan potensialı, ətraf mühitə və ölkənin düşünülmüş konsepsiyasına əsaslanan güclü iqtisadi inkişafı gələcəyin təminatçısıdır.

 

Sonda Azərbaycan-Küveyt əlaqələrindən bəhs edilib. Vurğulanıb ki, Küveytlə hava əlaqələrinin tezliklə bərpasına və Körfəz bölgəsinə coğrafi yaxınlığın iqtisadi əlaqələrin hərtərəfli genişləndirilməsinə imkan verəcəyinə böyük ümid bəslənilir. Hər iki ölkənin neft məmləkəti olması və qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatlarını şaxələndirmək planları təcrübə mübadiləsini zəruri edən amillərdir. Azərbaycan Körfəz ölkələri ilə Qafqaz regionu arasında körpü rolunu oynaya bilər. Bu məqsədlə Azərbaycanda müasir infrastrukturu və əlverişli iş mühiti formalaşdırılıb. Xüsusən Küveyt kimi dost və qardaş ölkələr üçün əlverişli sərmayə mühiti yaradılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10