Modern.az

Stoltenberq Lavrovla görüşəcək

Stoltenberq Lavrovla görüşəcək

22 Sentyabr 2021, 00:24

NATO-nun Baş katibi Yens Stoltenberq BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

 

Stoltenberq Nyu-Yorkda olarkən BMT baş katibi Antonio Quterreşlə, NATO müttəfiqlərinin liderləri və rəsmiləri ilə də görüşəcək.

 

Məlumatda qeyd olunur ki, o, Avstraliyanın Baş naziri, Kolumbiya Prezidenti, Qana Prezidenti, Ukrayna Prezidenti, Rusiya xarici işlər naziri ilə danışıqlar aparacaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir