Modern.az

Azərbaycanın dövlət orqanlarına haker hücumu olub

Azərbaycanın dövlət orqanlarına haker hücumu olub

Hadisə

22 Sentyabr 2021, 14:26

Böyük Britaniyanın informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan “Cyjax” şirkəti bir sıra postsovet ölkələrinin dövlət orqanlarına kütləvi haker hücumunun həyata keçirildiyini açıqlayıb.

 

Modern.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, hakerlər dövlət orqanlarının elektron poçtuna girişi imitasiya edən saytlar yaradır, əldə etdikləri informasiyanı isə dövlət orqanlarına hücum, yaxud “qara bazar”da satmaq üçün istifadə edir.

 

Məlumata görə, hücuma məruz qalan ölkələr sırasında Azərbaycan, Çin, Qırğızıstan, Özbəkistan, Ermənistan, Belarus, Ukrayna, Türkmənistan və s. ölkələr yer alıb. Rusiya Elmlər Akademiyası, Mail.ru poçt xidməti də hücuma məruz qalan qurum və təşkilatlar sırasındadır.

 

“Cyjax” şirkəti 50-dən çox şübhəli domeni analiz edərək, onların 2020-ci ilin yazında yaradılmağa başladığını müəyyən edib.

 

“Hazırda müxtəlif ölkələrin Xarici İşlər, Maliyyə və Energetika nazirliklərinin əməkdaşlarına saxta elektron poçta daxil olmaları üçün bildirişlər göndərilir”, - deyə şirkət xəbərdarlıq edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir