Arxiv
22 Sentyabr 2021, 15:16 | PARLAMENT
Milli Məclisdə dinləmələr keçiriləcək: Gündəlikdə bu mövzular var

Sentyabrın 8-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Bu günə qədər parlamentin 15 komitəsinin iclası keçirilib. Komitələr payız sessiyası üçün iş planını müzakirə edərək təsdiqləyiblər. Bu sessiyada bir neçə komitədə dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

 

Modern.az parlamentin komitələrində keçiriləcək dinləmələri təqdim edir:

 

Əmək və sosial siyasət komitəsində şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 

Səhiyyə komitəsində “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələr olacaq.

 

Mədəniyyət komitəsində dinləmələrin keçirilməsi, xüsusən də Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini palanlaşdırıb.

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmə keçirəcək.

 

Aqrar siyasət komitəsi ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsini planlaşdırıb.

 

İnsan hüquqları komitəsində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır. Bundan başqa, qarşıdakı müddətdə komitədə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. 

 

Regional məsələlər komitəsində aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 

Ailə, qadın və uşaq məsələləri komitəsində "Narkomaniya ilə mübarizə ailə sağlamlığının təməlidir" adlı dinləmə keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50