Arxiv
22 Sentyabr 2021, 16:48 | ÖLKƏ
İlham Əliyev BMT-nin sessiyasında çıxış edəcək

Sentyabrın 14-də BMT Baş Assambleyasının (BA) növbəti, 76-cı sessiyası öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid BMT BA-nın 76-cı sessiyasının prezidenti seçilib. Bununla da BMT BA-nın 75-a sessiyasının prezidenti Volkan Bozkırın (Türkiyə) səlahiyyətləri başa çatıb.

 

Ənənəvi olaraq, sessiya çərçivəsində yüksəksəviyyəli ümumi müzakirələr keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulan ümumi müzakirələr sentyabrın 21-dən başlayıb və sentyabrın 27-dək davam edəcək.

 

Müzakirələrin əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş illik hesabatını təqdim edib. Hesabatda beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişaf, insan hüquqlarının müdafiəsi və təşviqi, həmçinin digər önəmli məsələlərə toxunulur.

 

Pandemiya ilə əlaqədar bu il ümumi müzakirələr seqmentinin hibrid formada, yəni həm fiziki iştirak, həm də virtual (videomüraciət) formada olması nəzərdə tutulub. Builki ümumi müzakirələrin mövzusu belədir: "Ümid vasitəsilə müqavimətin gücləndirilməsi: COVID-19-dan sonra bərpa, dayanıqlığın yenidən qurulması, planetin ehtiyaclarının cavalandırılması, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması”.

 

Ümumi müzakirələr BMT BA-nın ən önəmli seqmentlərindən biridir. Belə ki, qlobal platforma olan BMT BA-nın bu mötəbər kürsüsündən dövlət və hökumət başçıları istər milli, istərsə də beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı öz baxışlarını, dövlətlərinin siyasətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

 

Müzakirələrdə Azərbaycan Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezident Cozef Baydenin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və bir çox digər dövlət və hökumət başçılarının çıxışları gözlənilir. Bu il müzakirələr zamanı dövlət və hökumət başçıları tərəfindən əsasən COVID-19 pandemiyası, beynəlxalq sülh və təhlükəsizlik, Əfqanıstanda vəziyyət, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və digər önəmli məsələlərə toxunulacağı gözlənilir.

 

Ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciət formatında çıxışı nəzərdə tutulub. BMT BA-nın builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edəcək, qalib Azərbaycan xalqını təmsil edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynalı deputatlar Gəncəyə getdi - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi batdı: itkin düşənlər var 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12